+1 səs
34 baxış
Heyvanlar, Bitkilər bölməsində

İşçi arı nektarla dolu çiçək tapanda öz yoldaşlarını bundarı necə xəbərdar edir? Necə çatdırır ki, tapdığı hansı çiçəkdir, hansı istiqamətdə yerləşir, nə qədər uzaqdadır?  

1 cavab var:

+1 səs
 
Arların belə informasiyaları ötürmək üsullan təbiətin ən sirli möcüzələrindəndir. Əvvəlcədən deyək ki, anların dili də instinktdir. Onlar bunu öyrənmrrlər, sadəcə bəlli bir yaşa çatanda bu vərdişlərə av tomatik yiyələnirlər.

Arı dili qoxuların və rəqslərin dilidir. Arı nektar, ya tozcuq tapanda evlərinə dönərək rəqsə başlayır, havada bir-birinin dalınca düzgün fiqurlar cızaraq uçur. Bu rəqs digər anların diqqətini cəlb edir və onlara nektarı, yaxud tozcuğu harada tapdığını söyləyir. Digər arılar xəbər vermək istəyən arının qoxusundan nə tapdığını bilirlər.

Əgər arı çox sürətlə rəqs edirsə, bu o deməkdir ki, çoxlu yem tapıb. Onda xeyli arı həmin istiqamətə yollanır. Beləliklə, an öz yoldaşlarına bir neçə şeyi xəbər verə bilər. Rəqsdən anlamaq olar ki, tapılan nektardır, yoxsa tozcuq. Arının özünün qoxusundan isə hansı çiçəyi axtarmalı olduqları bilinir. Rəqsin yavaş sürəti isə yemin az olduğuna dəlalət edir.

Lakin bütün bu işarələr yuvadan ən çoxu 100 metrədək arahda olan çiçəklərə aiddir. An axtardığını bu məsafədən uzaqda tapıbsa, yuvaya dönəndə rəqsin başqa növündən istifadə edir. Havada dairə vurmaq yerinə, səkkizlik. yazır və onun iki halqasım düz xətlə birləşdirir, eyni zamarda, uçarkən qarnını oyan-buyana yırğalayır.

Bayaq söylədiklərimizdən savayı, bu rəqs arılara hansı məsafəyə və hansı istiqamətdə uçmalı olduqlarını da deyir. Dəqiqədə arının vurduğu dövrələrin sayı, məsafəni göstərir. Obyekt nə qədər uzaq olsa, səkkizliklərin sayı bir o qədər az olur. Məsələn, dəqiqədə 11 dəfə dönmək 2700 metr məsafəni ifada edir. Arının iki halqa arasında cızdığı düz xətt dəqiq səmti göstərir. Həmin xətt səmada günəşin vəziyyətiylə müəyyənləşir deyə, başqa arılar dəqiq hərəkət bucağını o dəqiqə təyin edirləri

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
1 cavab
soruşub 13 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+3 səs
1 cavab
soruşub 13 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
...