0 səs
38 baxış
Heyvanlar, Bitkilər bölməsində

Hörümçək niyə öz toruna düşmür?

1 cavab var:

0 səs
"Bizə qonaq gəlmək istəmirsən?” — deyə, hörümçək milçəkdən soruşdu. Hörümçək yaman bicdi axı: bilirki milçək ayağını onun oylağına bax mütləq başa mütləq tora düşəcək, onun da axşama ləzzətli yeməyi olacaq...

Yaxşı, əgər hörümçək toru milçəklər üçün tələdirsə, onda bəs hörümçəyin özü bu tora niyə düşə bilməz? Cavab sizi təəccübləndirəcək. Sən demə, o da düşə bilər. Hörümçək də hərdən öz toruna özü düşür, lap milçək kimi.

Bunun baş verməməsinin səbəbi hörümçəyin “öz evində” olmasıdır. O, özünün hördüyü toru yaxşı tanıyır. Hörümçək öz torunu hörəndə mütləq ona bir neçə “təhlükəsiz” sap qoyur — onlara toxunanda ilişmək imkanı yoxdur.

Hörümçəyin düzəltdiyi cürbəcür saplar var. Yapışqanlılar ov etmək üçün nəzərdə tutulub. Amma yapışqansızları da var ki, torun elə bil möhkəm dirəkləri rolunu oynayır. Hörümçək hansı sapların yapışqanlı olduğunu bilir və onların üzərindən ehtiyatla keçir. Bu işdə ona çox inkişaf etmiş hissiyyatı kömək edir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 02 Fevralda, 20 anonim İnternet, Kompüter bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...