0 səs
19 baxış
Heyvanlar, Bitkilər bölməsində

Eşşəkarısı öz yuvasını nədən tikir?

1 cavab var:

0 səs
Daha asan eşşəkarısının öz yuvasını nədən tikmədiyini söyləməkdir. Yəqin, başqa elə bir həşərat yoxdur ki, oz yuvasını tikəndə bu dərəcədə maraqlı memarlıq üslubların dan, bu qədər müxtəlif materiallardan istifadə etsin.

Eşşəkarıları arılar və qarışqalarla eyni ailədəndir. Onların xeyli növü var, amma hamısını iki böyük dəstəyə bölmək mümkündür: ictimai və tənha. İctimai həyat tərzi keçirən eşşəkarıları arı dəstələrinə bənzər koloniyalarda yaşayırlar, amma bu koloniyalar hər il eyni tərkibdə olmur. Hər il qışın şaxtasında demək olar ki, bütün koloniya tələf olur.

Bütün ictimai eşşəkarıları öz yuvalarını ağac və bitki liflərini çeynəyərək düzəltdikləri kağızdan qururlar. Başqa eşşəkarıları öz yuvalarını evlərin divarına, ağac budaqlarına, yaxud daşlara yapışdırırlar.

Tənha eşşəkarıları isə öz yuvalarını kağızdan düzəltmirlər, onların yuva qurmaq üçün çox üsulları var. Məsələn torpaq eşşəkarıları yerdə uzun, dar yuvalar qazır. Dülgər eşşəkarılan öz evlərini ağaclarda düzəltməyə üstünlük verirlər. Onlar ağacda tunellər qurur, ora həşəratların leşlərini gətirir, yumurtlayır, axırda da uçub başqa yuvaya gedirlər.

Dulusçu eşşəkarıları yumurtalarını gil dən düzəltdikləri dolçaşəkilli xırda yuvalara tökür, onların hər birini ağacın budağına bərkidir. Palçıq eşşəkarıları palçıqdan fincanşəkilli yuvalar düzəldib onlan di varlara yapırlar. Torpaq eşşəkarılarının bir növü, yuva qurarkən alətdən istifadə edən yeganə böcəkdir. Onlar yumurta tökdükləri xırda yuvalarını səylə gizləyir, sonra da daşıyıb gəhrdikləri balaca daşları torpağa basmaqla onu möhkəmlədirlər.

Eşşəkarıları öz balalarının qeydinə çox qalırlar və dişi arı, balası üçün müəyyən həşərah tapmaq məqsədiylə çox uzaqlara uça bilər.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
0 səs
1 cavab
soruşub 21 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...