0 səs
266 baxış
Heyvanlar, Bitkilər bölməsində

Soxulcan necə qidalanır?

1 cavab var:

0 səs
Torpaq soxulcanını təbii ki, insanların gözündə, onların nöqteyi nəzərində yer üzünün ən mühüm canlısı adlandırmaq olar. Çünki bu canlıların fəaliyyəti torpağı bütün həyat üçün zənuri olan əkin mövsümünə hazır layır.

Soxulcanlar qidalanma zamanı torpağı yumşaldır, xırdalayırlar. Yarım hektar sahəsi olan bağda soxulcanlar öz orqanizmlərindən ildə 16 ton torpaq keçirirlər, Onların köməyi 1lə bitkilərin kökü kifayət qədər hava və rütubət alır, onlar ölmüş bitkilərin, heyvanların parçalanmasına, çürüntüyə çevrilməsinə səbəb olur, bitki toxumların torpağın altına aparıb əkirlər. Bu o vaxt baş verir ki, soxulcarılar öz yuvalarına yarpaq daşıyarkən, onunla bir yerdə toxumları da dartıb aparırlar.

Soxulcanların istehsal etdiyi təbii gübrənin tərkibində torpağı zənginləşdirən əhəng də var. Onun mühümlüyünü bir mümunədə görmək olar. Alimlər son dərəcə məhsuldar olan bir torpaq sahəsi aşkar ediblər. Onlar hesablayıblar ki, orada torpağın yarım hektarına 108 ton soxulcan ifrazatı düşür. Bax elə ona görə da, bu sahə yüz ildən bəri özümun məhsuldarlığı ilə seçilirmiş.

Torpaqda soxulcan o qədər çoxdur ki, əgər Birləşmiş Ştatlar ərazisindən bütün soxulcanları toplasan, onların çəkisi bütün əhalinin çəkisindən 10 dəfə çox olacaq.

Soxulcanın bədəni bir-birinin içinə girən iki borudan ibarətdir. Daxili boru həzm sistemidir. Soxulcan yemək istəyəndə uidlağını açıb xırda torpaq parçaları götürür. Sonra onları xüsusi əzələləri vasitəsiylə içəri itələyir. Torpaq əvvəlcə zob adlanan anbara, oradan da ikinci mədəyə düşür. Qum soxulcarın torpağı xırdalamasına kömək edir. Sonra o həzm olunur və orqanizmdən tullantı kimi çıxır.

Soxulcanın gözü yoxdur, lakin onun bədəni üzərində çox həssas hüceyrələri var, Bu ona imkan verir ki, işığı qaranlıqdan seçsin və lap yüngül toxunuşları hiss etdin. Soxulcan nəfəsi dərisindən alır.

Soxulcanlar yaxşı, rütubətli torpaqda yaşayırlar. Onlar qumda yaşaya bilmir. Yerin üzünə yalnız gecənin qaranlığında çıxırlar. Qışda soxulcarılar yumağa çevrilib yatırlar. Siz soxulcanı yerin üstündə görəndə, bu o deməkdir ki, heyvan özünə ya təzə ev, ya da daha münbit torpaq axtarır. Soxulcanlar günəş işığı altbilmir yaşaya bilmir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 24 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...