0 səs
21 baxış
Heyvanlar, Bitkilər bölməsində

Güvə niyə yun yeyir?

1 cavab var:

0 səs
Adamların çoxu paltarlarımızda, xəz və xalçalarımızda əmələ gələn deşiklərin günahmı bizim güvə dediyimiz paltar güvəsində görür. Amma onun bu əməllərə heç aidiyyəti yoxdur.
Güvə heç nə yemir. O yalnız ona görə yaşayır ki, yumurta qoysun və bundan sonra ölsün. Bütün ziyanı onun törəmələri, hrtil vəziyyətində olanda vurur.

Güvə yun, xəz və xalçaların üzərində yumurta qoyur. Təxminən bir həftədən sonra yumurtalar tırtila dönür. Tırtil kəpənəklərin, pərvanələrin sürfələrinə verilən ümumi addır.

Tartilların əsas vəzifəsi yemək və böyüməkdir. Tırtıl özü üçün yundan xırda, boruşəkilli bir yuva düzəldir və elə onun içində yeyərək boyüyür. O, özündən sonra sarki hörümçək toru basmış bir iz qoyur və ipək baraması hörür.

Beləliklə, siz görürsümuz ki, paltarların güvədən qorurması, onun üzərində yumurta qoyulmasına imkan verməməkdən ibarətdir. Yay vaxtı qış paltarlarını yığışdırmamışdan onu yaxşıca havaya vermək və üzərində yumurtaların olmaması üçün diqqətlə nəzərdən keçirmək lazımdır. Yaxşı üsullardan biri onları kağıza bükmək, yaxud karton qutuya yığmaqdır: onda güvə paltarı yeyə bilməz. Naftalin adlanan həblər güvəni qorxudur, amma artıq qoyulmuş yumurtaları, tırtılları məhv edə bilmir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...