0 səs
29 baxış
Heyvanlar, Bitkilər bölməsində

Niyə ağcaqanad sancanda yeri qaşınır?

1 cavab var:

0 səs
Siz heç eşitmisiniz ki, dişilər erkəklərdən qaniçən olsunlar? Bu hər şeydən əvvəl ağcaqanadlara aiddir. Ağcaqanadın yalnız dişiləri qan sorur. Dişi ağcaqanadın dimdiyi çox kiçik, iti deşici orqana malikdir. Bu orqan əmici borunun əhrafında yerləşir. Ağcaqanad sancanda o qana zəhərli maye buraxır. Həmin bu zəhər ağrı, qaşınma, şişmə verir. Cancmadan başqa adamların zəhləsini ağcaqanadların vızıltisi da tökür. Lakin ağcaqanad üçün vizildamaq çox vacibdir. Bu, bir növ, yoldaş çağırışıdır. Erkək qanadlarını sürətlə tərpədərək bəm bir vızilti yaradır, dişi isə bu səsi qəbul edir. Ağcaqanadlar bühin dünyada ohur. Amma harada olsalar, öz həyatlarını mütləq suda başlayırlar. Dişi ağcaqanad öz yumurtalarını su hövzələrinin gölməçələrin, hətta içində su olan tənəkə qabların içinə tökür. Yumurtaların sayı 40-400 arası olur. Onlar həm topa halında, həm də təktək ola bilər.

Bir həftədən sonra yumurtadan xırda, ayaqsız sürfələr çıxır. Onlar suda çox aktiv hərəkət edirlər. Suyun altında nəfəs ala bilmələrinə görə vaxtlarının əsas hissəsini suyun üzürdə keçirirlər. Burada onlar quyruqlarındakı nəfəs boruları vasitəsiylə havamı alır, heyvan və bitki qalıqlarıyla qidalanırlar, Yem qalıqlarını ağızlarına başlarındakı tükcüklər vasitəsilə yerləşdirirlər,

Böyüyə böyüyə sürfələr öz dərilərini dəyişirlər. Dördüncü dəfə dəri dəyişəndə onlar baramaya çevrilirlər. Barama vaxtının çoxunu suyun üzünə yaxın yerlərdə keçirir, nəfəsini belindəki xüsusi borucuqlar vasitəsiylə alır. Barama qidalanmır, amma bir neçə gündən sonra dərisini atanda ağcaqanad əmələ gəlir.

Yetkin ağcaqanad adətən bir neçə həftə yaşayır. Bəzi növlərdə il ərzində 12 nəsil dəyişir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...