0 səs
16 baxış
Heyvanlar, Bitkilər bölməsində

Sisəy necə oxuyur?

1 cavab var:

0 səs
Sisəy insana yaman bağlıdır. Bir Gəz ölkələrdə bu həşəratla bağlı inarıclar var, Məsələn, güya sizin evinizdə yaşayan sisəy ailəyə xoşbəxtlik gətirir, lakin evi tərk edib getsə, bu çox nəhs əlamət sayılır. İtaliyada, Şimali Afrikada və Yaponiyada sisəyi xüsusi yerdə saxlayırlar, çünki onun şən nəğmələri adamlara xoş gəlir.

Amma əslində sisəy oxumur. O çalır. Sisəy skripkaçıdırl Onun çıxardığı səslər bir qanadınm iti ucunu digər qanadına sürtməsindən yaranır. Bu musiqini yalnız erkəklər çalır. Bütün günü cırıldayırlar ki, dişiləri özlərinə cəlb etsinlər. Təsəvvür edin ki, əgər oğlanlar qızlan cəlb etmək üçün bütün günü skripkanı ciyildətsəydilər, necə olardı.

Sisəyin iti gözləri baş yerinə ayaqlarındadır. Biğları çox uzundur, ayaqları isə elə bil tullanmaq üçün yaranıb.

Ev sisəyi (hərdən ona soba sisəyi də deyirlər) Avropa sakinidir. Çox illər qabaq onu Amerikaya da aparıblar deyə, indi ölkənin çox yerində yaşayır.

Bu xirda həşərat 3 santimetr uzunluğunda, qəhvəyi xallı boz-sarı rəngdə olur. Onlara adam yaşayan evlərdə rast gələ bilərsiniz. Sisəy istini sevir və çox vaxt sobaya yaxın yerdə alır, ya daşların arasında, ya da yerdəki palazın qırışlarında gizlənir. Çöl sisəyi daha iridir, rəngi qaradır. O, yerdə xırdaca bir çökək tapır və oranı öz evinə çevirir. Cütləşmə vaxtına yaxın dişini cəlb etmək istəyəndə, erkək evinin ağzında oturub cırıldamağa başlayır. Bir də ağac sisəyi var. Onların isə musiqidə daha çox bəm səslərdən xoşu gəlir.

Fermerlər isə sisəyin əlmdən dəhşətə gəlirlər, çünki onlar, üzərində yumurtadan çıxdıqları üzümlüklərin, ağacların yarpaqlarını yeyirlər.

Bəs bilirsiniz ki, çin sisəyi bir-biriylə sisəy döyüşlərində qarşılaşır, onlara azarkeşlik edən adamlar isə hansının qalib gələcəyinə mərc qoşur?

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...