0 səs
21 baxış
Heyvanlar, Bitkilər bölməsində

Dronta bənzəyən quş varmı? 

1 cavab var:

0 səs
Bəzi ölkələrdə “dront kimi öldü” ifadəsi var. Ya da bir adam sarsaq bir hərəkət edəndə, ona dront deyirlər. Gəlin görək kı, dront nədir və niyə onu axmaq bir şeyin rəmzi sayırlar.

Yüz illər qabaq Mavrikidə və Hind Okeanının Madaqaskardan şərqdəki bir çox adalarında, həqiqətən, dront adir bir quş yaşayırdı. Onun heç düşməni yox idi, özünü qorumasına, ehtiyat etməsinə lüzum qalmızdt və ona görə də dront başqa quşlara xas olan vərdişlərə yiyələnə bilmirdi. O, nə uça bilir, nə sürətlə qaçır, nə də özünu müdafiə edə bilirdi.

Nəticədə o tamam qeyri adi bir varlığa çevrilmişdi. Bu quş əslində, göyərçin ailəsinin bir üzvü idi, amma aralarında heç bir oxşarlıq yox idi. Drontun iri, kök, piyli bədəni vardı təxminən iki hindtoyuğu boyda. Ayaqları isə o qədər qısa idi ki, çəkisinə zorla davam gətirirdi.

Bu quşun quyruğu bir çəngə qısa, yumşaq tükdəri ibarət idi və heç bir işə yaramırdı. Quşun qanadları (uçmaq ehtiyacı olmadığından) lap qısalmışdı və bu vəzifənin öhdəsindən heç cür gələ bilməzdi. Drontun başı çox iri, dimdiyi isə yekə qarmaq şəklində idi. O quşun hərəkət etməsi üçün yeganə üsul yanlarını basa basa çox yavaş yerimək idi.

1507-ci ildə Portuqaliya tədqiqatçıları Mavriki adasına gələrək bu qəribə məxluqu kəşf etdilər. Quş çox gülməli göründüyündən və özünü qəti müdafiə edə bilmədiyindən onun adını “duodo”, yəni “sadəlövh” qoydular. Portuqalıyalılar çox qısa zamanda başa düşdülər ki, drontu lap dəyənəklə də vurmaq mümkündür. Quşların yuvası otluqda olurdu və o, cəmi bir dənə yekə yumurta qoyurdu.

Sonralar insanlar adaya özləriylə donuz da gətirdilər və bu heyvanlar drontun yumurtaların, balalarını yeyib qurtardılar. Bu minvalla, artıq 1681-ci ildə bu quşun kökü tamam kəsildi.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...