0 səs
43 baxış
Heyvanlar, Bitkilər bölməsində

Xortum filin nəyinə gərəkdir? 

1 cavab var:

0 səs
Min min illər qabaq yer üzündə mamont adlanan nəhənglər məskunlaşmışdı. Çətinhklərə və qıtlığa dözə bilmədiklərindən mamontlar bir-bir məhv oldular. Lakin onların iki növ törəməsi qaldı bu, Afrika və Asiya filləridir.

Fillər quruda yaşayan ən iri heyvanlar dir. Özlərinin nəhəng ölçülərinə baxmayaraq çox üzüyola və ağıllıdırlar, yumşaq, səbirli xasiyyətləri var. Bütün vəhşilər arasında bircə ev itini çıxmaq şərtiylə, ən asan əhliləşən heyvanlardır.

Filin qeyri-adi dərəcədə ağır bədəni var, onun çəkisi 5 tona yaxın olur. Belə ağırlığın öhdəsindən gəlmək üçün fillərin qısa, sütunşəkilli ayaqları var ki, bu forma onlara daha artıq güc verir.

Filin üst çənəsindən çıxan iki güclü diş, əslində ən ağlasığmaz hədləri belə aşacaq dərəcədə böyümüş adi dişlərdir. Heyvanlar öz dişləriylə yem axtararkən ağac kötüklərini çevirir və yeri gələndə onlardan müdafiə vasitəsi kimi ishfadə edirlər.

Hindistan fillərinin iri dişləri yalnız erkəklərə xasdır.

Filin xortumu elə bir unukal orqandır ki, onsuz heyvan yaşaya bilməz. Bu, fil orqanizminin ən diqqətəlayiq orqanıdır ki, təxminən insan əlinın yerinə yetirdiyi funksiyaları həyata keçirir. Xortum burnun və üst dodağın davamıdır. O, fil üçün həm əl, həm bunun, həm dodaqdır.

Xortumun çoxlu əzələsi var təxminən 40 000. Ona görə də bu orqan çox güclü və mütəhərrikdir. Odur ki, fil oz xortumundan çox effektiv bir silah kim istifadə edə bilər. Xortumun ucu da, barmaqlar kimi o qədər həssasdır ki, ən yüngül toxunuşu belə hiss edir.

Xortumdan qidanı ağıza aparan əl kimi də istifadə etmək olur. Fil, suyu da xortumundakı borulara yığır, sonra ağzına aparıb buraxır. O həm də xortumundakı suyu behnə tökməklə özünü sərinlədə bilir, Fillər suyu çox sevirlər və əllərinə fürsət düşən kimi, çimməyə başlayırlar. Çəkilərinin ağırlığına baxmayaraq, onlar əla üzgüçüdürlər. Ana fil çox vaxt çimərkən balasını belə alır.

Daha bir ehtimal var ki, fillər yüz illərlə yaşayır, amma azadlıqlarını itirəndə onlar nadir hallarda 90 yaşa çabırlar.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Apreldə anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...