0 səs
34 baxış
Heyvanlar, Bitkilər bölməsində

Yarasalar necə görür?

1 cavab var:

0 səs
Yarasalar qeyri-adi məxluqdurlar, Qəribə tərzdə hərəkət etmələri də onlarla bağlı qəribəliklərdən biridir.

Yarasa quş deyil, məməlidir. Onların balaları dünyaya diri doğulur və körpələr analarının südünü əmirlər. Onlar göydə uça bilən yeganə məməlidirlər.

Uzun müddət alimlər anlaya bilmirdilər ki, yarasalar zülmətdə ağaclara, başqa maneələrə toxunmadan necə uçurlar. Bunu aydınlaşdırmaq üçün onlar xüsusi sınaq keçirdilər. Böyük bir otaqda onlar tavandan bir-birinə çox yaxın kəndirlər asdılar. Sonra bir neçə yarasanın gözünü bağlayıb onları həmin otağa buraxdılar.

Yarasalar həmişəki kimi sürətlə uçur, amma maneələrin heç birinə toxunmurdular. Bu isbat etdi ki, onlar öz uçuşları zamanı görmə qabiliyyətlərindən istifadə etmirdilər. Onda alimlər yarasaların qulaqlarını və ağızlarını bağlayıb uçmağa buraxdılar. Bu dəfə onlar çətinliklə uçur, elə hey kəndirlərə toxunurdular.

Bu minvalla yarasaların uçuş zamanı nədən istifadə etdiyi aydınlaşdı. Onlar uçarkən, daim səslər çıxarırlar. Amma bu səs o qədər yüksək tezlikdə olur ki, onu insan qulağı eşidə bilmir. Bu yüksək tezlikli səs dalğaları heyvanın yolundakı maneələrə dəyərək əks olunur və yarasanın qulaqları onu qəbul edir. Onların qanadları avtomatik olaraq bu siqnallara riayət edib bucağı dəyişir və heyvan maneələrin yanından asanlıqla ötür.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 24 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...