0 səs
44 baxış
Heyvanlar, Bitkilər bölməsində

Lemminq nədir?

1 cavab var:

0 səs
Lemminq soyuq yerlərdə yaşayan siçanabənzər xırda gəmincidir.

Heyvanın uzunluğu 13 santimetrə çatır. O, Norveçdə, İsveçdə və Laplandiyada (Finlandiya ərazisi) yaşayır.

Lemminqin qidası bitki kokləri, saplaqları, mamırdır. İl ərzində dişilər iki dəfə doğurlar və hər dəfədə 3-5 sayda balalan olur.

Bəs bu heyvanda adamların diqqətini cəlb edən nədir? Sən demə, hər 344 ildənbir bu gəmiricilərin çoxsaylı ordusu yaşadıqları ölkənin müəyyən ərazilərindən sürü şəklində, qaça-qaça keçir. Onlar həmişə yüksəkliklərdən dənizə doğru gedirlər. İstiqamətlər müxtəlif ola bilər, amma ünvan həmişə dənizdir.

Lemminqlər yavaş sürətlə hərəkət edirlər, amma bütün maneələrə baxmayaraq inadla irəliləyirlər. Adətən onlar bunu gecələr edirlər, gündüzlər isə yeyibyatırlar, Bu ordu çayları, neçə kilometrlik gölləri üzərək keçir. Onlar iri şəhərlərdən ötürlər, sanki gözəgörünməz, qarşısı alınmaz bir qüvvə onları çəkib aparır.

İrəlilədikcə lemminqlər ətraf mühitə böyük ziyanlar vurur, bütün bostan tərəvəzlərini yeyib qurtarırlar. Onların dalınca isə yemi lemminqlərdən ibarət olan heyvan, quş sürüləri irəliləyir. Onlar yolboyu bu heyvanlara hücum edərək onları tutub yeyirlər.

Bu marş 34 ildənbir təkrarlandığındarı və lemminqlər sürətlə çoxaldığından bu ordunun sayı-hesabı olmur deyə, onların sayını heç düşmənləri də azalda bilmir. Nəhayət, lemminqlər dənizə yetişəndə, dalğaların qoynuna atılıb həyatlarına son qoyurlar. Bu yürüşdən bircə gəmirici belə geri qayıtmır.

Bu sirli hadisəni necə izah etmək olar? Bildiyimiz qədər bu, növ daxilində sayın həddindən ziyadə artmasıyla əlaqədardır. Lemminqlər hədsiz sayda çoxalanda həmşəki yerlərdə yaşamaq və qidalanmaq üçün xüsusi instinkt heyvanları ölümə yollayır.

Oxşar suallar

0 səs
3 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
4 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Sentyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...