0 səs
64 baxış
Heyvanlar, Bitkilər bölməsində

Ördəkburun nədir?

1 cavab var:

0 səs
Ördəkburun elə qəribə məxluq dur ki, adamlar əvvəl əvvəl onun mövcudluğuna inanmaq belə istəmirdilər. Britaniya alimləri bu heyvanların birini 1799-cu ildə görəndə, onu kimlərinsə saxtakarlıq məqsədiylə düzəltdiyini söyləyirlər.

Bəs niyə ördəkburun belə qəribədir? Ördəkburunun ördək kimi dimdiyi, qun duz kimi quyruğu var, özü isə sıx xəzlə örtülüb. O, yumurta qoyur və onların üstündə quş kimi oturub balasını çıxarır, amma körpəsinə məməlilər kimi süd veriri Onun pəncələri üzgəc kimi pərdəlidir və heyvan həm suda, həm quruda yaşaya bilər.

Ördəkburun Şərqi Avstraliya və Tasmaniyada yaşayır. Onun qulaqları yoxdur, burun dəlikləri isə rezin kimi yumşaq dimdiyinin lap ucundadır. Ördəkburun suyun altında uzun müddət qalaraq bircə dimdiyinin ucunu çölə çıxarır.

Heyvanın qabaq pəncələri üzmək uçün uyğunlaşıb, ördəkburun yeriyənda isə barmaqlarının arasındakı pərdələr pəncələrinin altında gizlənir, dırnaqları isə bayıra çıxır. Dişi ördəkburun 1 3 arası yumurta çıxarır. Balaları dünyaya gələnədək yurmurtalarının üstündə oturur.

Balalar ananın məmələrindən süzülən südü yalayır. Körpələr dişlə dünyaya gəlir, amma bu dişlər qısa bir zamanda tökulür vəöördəkburunlar dimdiklərinin qırağındakı sərt buynuz təbəqəsindən istafadə edirlər.

Yer üzündə yeganə zəhərli məməli ördəkburunun erkəyidir. Onun budlarının yaxınlığında xüsusi zəhər vəziləri var. Uzun borular bu vəzilərdən heyvanın arxa pəncəsindəki yumşaq fırlara gedir. Onun zəhəri ilan zəhərinə çox bənzəyir Erkəklər ondan cütləşmə mövsümü ərəfəsində öz rəqibləriylə mübarızə üçün ishfadə edirlər.

Ördəkburun gecələr yeyir, bunun üçün soxulcan, su həşəratları və çay xərçəngləri tapır. Gündüzlər isə onlar lilin içində olan yuvalarına girirlər.

Oxşar suallar

0 səs
3 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
4 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Sentyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...