0 səs
21 baxış
Heyvanlar, Bitkilər bölməsində
Görəsən, təbiət, həqiqətən, buqələmuna durduğu yerdən asılı olaraq rəngini avtomatik şəkildə parlaq yaşıldan qara-boza, yaxud sarıya dəyişmək bacarığı verib?

1 cavab var:

0 səs
Nə qədər qəribə olsa da, onun rəngi ətraf mühitdəki rənglərdən heç asılı deyill Buqələmun belə şeylərə əhəmiyyət verən deyil.

Bu heyvanın dərisi şəffafdır. Onun altında qara, qırmızı və san hüceyrələr var. Onlar sıxılanda, yaxud boşalanda adamda elə təəssürat yaranır ki, guya buqələmun öz rəngini dəyişdi.

Bəs bu hüceyrələri işləməyə vadar edən nədir? Heyvan qəzəblənəndə, yaxud qorxanda onun əsəb sistemi bu hüceyrələrə siqnal göndərir. Qəzəb tünd rəng əmələ gətirir, həyəcan, yaxud qorxu açıqrəngli çalarlar, sarı ləkələr doğurur.

Gün işığı da buqələmunun rənginə təsir edən amillərdəndir. İsti günəş həmin hüceyrələri qaraldır. Gün işığı düşməyən, amma çox isti yerlərdə buqələmun yaşıl, qaranlıqda isə krem rəngi alır, onun dərisində san ləkələr yaranır.

Gördüyünüz kimi, ətraf mühit deyil, emosiya, temperatur, işıq kimi faktorlar buqələmunun əsəb sistemini rəngli hüceyrələri dəyişməyə məcbur edir.

Amma bu dəyişkənlik buqələmuna gizlənmək imkanı verir. Heyvan çox ləng hərəkət etdiyindən, rəngin dəyişməsi həyatını qorumaq üçün vacib müdafiə vasitəsidir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
...