0 səs
20 baxış
Heyvanlar, Bitkilər bölməsində

Delfin danışa bilirmi? 

1 cavab var:

0 səs
Bu yaxınlarda mətbuatda qonur delfinlərin şüurunu yoxlamaq, onlarla kontakta girməyin mümkün olub-olmamasını aydınlaşdırmaq məqsədiylə aparılan təcrübələr haqda məhumat getdi.

Bəs siz qonur delfini tanıyırsınızmı? O, balıq deyil, məməlidir. Kitkimilər ailəsinə aiddir. Delfin də bütün məməlilər kimi balalarına süd verir. Kitlər kimi, delfin də başının üst tərəfində yerləşən burun deşiyindən nəfəs alır. Delfin suyun üzünə çıxanda burun dəliyini açıb ağciyərinə hava doldurur.

Delfinin daha bir maraqlı cəhəti odur ki, quyruğu bütün balıqlarınkı kimi şaquli yox, üfiqi vəziyyətdədir. Bu, ona suya sıçramağa kömək edir. Biz delfinlərin dəqiq, ahəngdar hərəkətlərinə tamaşa edəndə, əməlli başlı zövq alırıq.

Yaxşı, bəs qonur delfinlər “danışa” bilirmi? Təbii ki, biz “danışmaq” deyəndə, heyvanların və quşların insan nitqini imitasiya etməsini nəzərdə tuburuq. Çünki heyanların əksəriyyətinin bir biriylə özünəməxsus tərzdə ünsiyyət saxladığını bilirik. Bəzən bu çox bəsit, bəzən isə məsələn, anlarda olan kimi, çox mürəkkəb əlaqədir.

Nə qədər qəribə olsa da, delfinlər, həqiqətən, insan səsini imitasiya edirlər. Özü də onlar bunu öz istəkləriylə edirlər. Məsələn, Floridada bir delfin gözlənilmədən insan səsi çıxarıb. Bunu elə inandırıcı edib ki, həmin şəxsin yaxınlıqda durmuş arvadı gülməkdən özünü saxlaya bilməyib. Onda delfin qadının da gühüşünü təkrarlayıbl

Məsələ delfinin səs tellərinin quruluşundadır. Uyğun quruluş ona imkan verir ki, adam səsi çıxarsın. Bundan başqa, belə güman edirlər ki, delfinlər heyvanların ən ağıllısıdır.

Amma delfinlərin danışmaq bacarığının olduğunu demək üçün, onlar sözləri mənasma görə yerində söyləməyi bacarmahıdırlar. Bunun belə olub-olmadığını isə biz hələ bilmirik.

Oxşar suallar

0 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Apreldə anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...