0 səs
19 baxış
Heyvanlar, Bitkilər bölməsində

Öküzlər niyə qırmızı paltara cumurlar?

1 cavab var:

0 səs
Bildiyiniz kimi, öküz döyüşü İsBö və bir çox başqa yerlərdə məşhur əyləncədir. Bu döyüşün həvəskarı olan adamların gördükləri haqda öz təsəvvürləri olur və onları fikrindən daşındırmaq çox çətin məsələdir.
Belə inanclardan biri bundan ibarətdir ki, qırmızı rəng öküzu qəzəbləndirir və hücuma sövq edir. Ona görə də öküz döyüşünün iştirakçısı olan şəxs əlində ustalıqla davrandığı qırmızı örtük tutur.
Amma, inanın ki, o, əlində ağ, sarı yaşıl parça da tuta bilərdi bunun öküz üçün heç bir fərqi yoxdur, çünki o rəngləri seçə bilmir".
Bir çox matadorlar deyirlər ki, bundan xəbərdardırlar. Onların bəziləri xüsusi təcrübə də apararaq qırmızı parçanın əvəzinə ağdan istifadə ediblər və öküzün davranışı dəyişməyib.
Bəs onda öküzü hücuma vadar edən nədir? Bu, örtüyün hərəkətidir rəngi yox. Öküz, qarşısında tərpənən hər şeydən qəzəblənir. Və bir də: öküz rəngləri seçə bilmədiyi üçün əgər siz onun qarşısında ağ rəngli parçanı oynatsanız, daha qəzəbli reaksiyanın şahidi olacaqsınız, çünki heyvan daha yaxşı gördüyündən hərəkəti də dəqiq seçə biləcək.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...