0 səs
53 baxış
Heyvanlar, Bitkilər bölməsində

Skuns niyə iy verir? 

1 cavab var:

0 səs
Əgər yer üzündə sizin bənzəmək əə bircə heyvan varsa, yaqin, skuns olacaq.

Lakin skuns çox mehriban bir canlıdır və ornu evdə saxlayanda, çox qısa bir zamanda hamının sevimlisinə çevnliir. Bəs bu fağır heyvandan niyə hamının zəhləsi gedir? Bunun səbəbi nədir? Təbii ki, nifrətin səbəbi onun məşhur, üfunətli qoxusudur.

Bəs skuns niyə belə iy verir? Sən demə, skunsun üfunətli maye ifraz edən xüsusi vəziləri varmış. Skuns bu mayeni bir nişançı dəqiqliyiylə buraxır.

Həmin vəzilər onun quyruğunun altındadır. Heyvan düşmənini nişan alır və təxminən 2,7 metr məsafədən hədəfə üfunətli mayedən şırnaq buraxır. Hərdən skuns iki yox, bir vəzidən də istifadə edir. Bu vəzilərin hər birində 5-6 atəşlik “sursat” olur.

Mayenin boğucu effekti var və ona görə də yaxında duranda nəfəs almaq mümkün deyil. Maye gözə toxunanda isə qurban müvəqqəti korluğa düçar ola biləri.

Lakin skuns xəbərdarlıq etmədən atəş açmır, O, əvvəlcə quyruğunu qaldırıb ayaqlarını yerə döyür. Odur ki, sizin vaxtında aradan çıxmaq irrtkanınız olur.

Skunsu xəzindən istifadə etmək üçün xüsusi fermalarda bəsləməyə başlayandan, heyvanın həmin vəzilərini də nədənsə çıxarıb atırlar.

İndi skunsun uç növü var: zolaqlı, alabula və xallı skimslar. Onlar Şimali, Mərkəzi və Cənubi Amerikada yaşayır. Zolaqlı skunsun burnundan qısa qulaqlarına kimi ağ zolağı olur, digər zolaq boynunda başlanaraq belində iki yerə ayrılır. Zolaqlı skunslar Kanadadan Meksikaya kimi, hər yerdə yaşayır. Ən böyüyünün bədəni 76, quyruğu 23 santimetrdır, çəkisi 13 kiloqram olur.

Heyvanın qabaq pəncələrində uzun dirnaqlar var, onlarla yeri qazıb bitki köklən, həşərat sürfələri çıxarıb yeyir. Əgər siz yerdə çoxlu kiçik çalalar görsəniz, oradan çox güman ki, skuns keçib.

Skunslar insana çox fayda verir, çünki əsasən böcək, sisəy, eşşəkarıs, çəyirtkə, gəmiricilər və hətta ilanlarla qidalanır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...