0 səs
22 baxış
Heyvanlar, Bitkilər bölməsində

Yenotlar öz yemlərini yuyurmu? 

1 cavab var:

0 səs
1920 ci illərdə “yenot” sözu eşidəndə, adamın ağlına mütləq yenot dərisindən olan kürk gəlirdi. O zamanlar belə kürklər çox dəbdə idi.

Təbii ki, yenotları bu gun də ovlayırlar, amma köhnə şöhrətlərini ttirdiklərinə görə bu heyvanlar, yəqin ki, şaddırlar.

Yenot cəsur döyüşçüdür və onun adamdan başqa da bir neçə düşməni var. Lakin lap körpə olanda adamların əlinə düşsə, yenot hamınm sevimlisinə çevrilir. Bu heyvanlar təkcə yüksək Qayalı dağları çıxmaq şərtiylə, Kanadadan Panamaya kimi hər yerda yaşayırlar.

Onların uzunluğu 64 santimetrdən 89 santimetrədək olur, çəkisi 11 kiloqrama yaxındır. Bu məməlilər yuva qurmaq üçün əlverişli, su olan, ağac bitən yerlərdə yaşayırlar. Onlar yemlərini gecələr tapır, əsasən xərçəng, molyusk, balıq, qurbağa yeyir, amma cürbəcür qozaları, giləmey vələri, sütül qarğıdalını da sevir.

Yenotun dünyaya bala gətirdiyi yuvası ağac koğuşunda olur. Dişi heyvan ildə bir bala doğur və onların sayı, adətən 4-5 olur. Yenot ailəsi yerini dəyişməli olanda, dişi yenot balalarını bir-bir təzə yerə daşıyır. Amma artıq payızda onlar müstəqil həyata başlamaq üçün kifayət qədər böyümüş olurlar.

Bəs yenotlar qidalanmağa başlamamışdan öz yemlərini yuyurmu? Bəzən hə, bəzən isə yox. Onların əksəriyyəti yemi yumağa üstünlük verir və hətta elə olub ki, yemi yumaq üçün suya atan yenot, sonradan nə qədər axtarsa da, onu tapa bilməyib və ac qalıb.

Lakin onlar yemi təmizləmək üçün yumurlar, çünki suyun özü çox vaxt yemdər: də kirli olur. Görünür, yenotların yuma prosesinin özündən deyil, islanmış yeməkdən xoşları gəlir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
...