0 səs
21 baxış
Heyvanlar, Bitkilər bölməsində

Marmot havanı qabaqcadan deyə bilərmi? 

1 cavab var:

0 səs
Hərdən maraqlı faktları olan bəzi qəzetlər tərəfindən möhkəm şişirdilir. Bu, marmot adlanan, əsasən yerin altında yaşayan kiçik gəmiricilərin guya havanı qabaqcadan xəbər verə bilməsinə də aiddir.

Onun bu bacarığı barədə inanc adamlarda lap çoxdan yaranıb. Marmot, yaxud torpaq donuzu qış yuxusuna gedən bir heyvandır. Qışda o yuvasından çıxmır. Qədim ənənəyə əsasən, marmot öz yuvasmdan fevralın ikinci günü çıxır. Məhz elə buna görə fevralın ikisini “torpaq donuzu günü” adlandırırlar.

Marmot yuvasından çıxanda ətrafa diqqətlə göz gəzdirir. Əgər hava buludhudursa və oöz kölgəsini görmürsə, heyvan bayırda qalır. Bu yaxşı əlamətdir. Bu o deməkdir ki, qışın axırında hava əla olacaq. Lakin əgər marmot öz kölgəsini görürsə, yəni hava buludsuzdursa, o təzədən yuvaya qayıdır ki, bir az da yatsın. Qədim inanclara görə bu o deməkdir ki, şaxta hələ altı həftə də davam edəcək.

Lakin insanların çoxu buna inanmır. Çünki marmotun havanı qabaqcadan söyləmək bacarığına dair heç bir fakt yoxdur. Bunun üçün heyvanın heç xüsusi istedadı da yoxdur.

Başqa səbəb ondadır ki, marmot əslində yuvasından heç də həmişə fevralın 2-də çıxmır. Bəzən bu daha tez, bəzən isə daha gec ohur. Bəlkə qəzetçilər marmotu yuvadan vaxtında çıxarırlar ki, onun şəklini çəksinlər? Bəlli olanı budur ki, əgər hava hələ soyuqdursa, marmobun isti yuvadan çıxmağa heç həvəsi olmayacaq.

Avropada da bu inanc var, amma orada söhbət kirpidən gedir. Amma köçkünlər Amerikaya gedəndə, bu inancı marmota aid ediblər. Yeri gəlmişkən, Macarıstanda bu inanc ayılara aid edilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 06 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...