0 səs
29 baxış
Heyvanlar, Bitkilər bölməsində

Kenqurunun niyə kisəsi olur?

1 cavab var:

0 səs

Yer üzündə kisəsi olan cəmi yeddi y heyvan var. Buna görə onlara "kisətilər" deyilir və onlardan biri də kenqurudur.

Kenqurunun arxa pəncələrinin arasında olan kisəsi veni doğulmuş balası üçün çox rahat, gözəl bir evcikdir. Kisə ona imkan verir ki, körpəsini isti yerdə saxlayıb onu qorusun, özli sərbəst hərəkət edə bilsin, balasını rahat yemləyə bilsin. Xatırladaq İd, kenqurunun süd vəziləri də elə kisəsinin içindədir. Təbiət kenquruya və digər kisəlilərə bu xüsusi imkanı ona görə yaradıb ki, onların balası dünyaya çox zəif gəlir. Yeni doğulmuş kcnquru təxminən 3 san­timetr boyu olan, lüm-lüt, çəhrayı bir məxluqdur. Siz təsəvvür edə bilərsiniz ki, belə rahat veri olmasaydı, onıın başına nələr gələrdi?

Ana yenicə doğulmuş körpəsini kisəsinə yerləşdirir və artıq 6 ay onun "evi” bıırada olacaq. Yanm ildən sonra kcmqunı balası küçük boyda olur. Amma kisədəki həyal çox rahatdır deyə, oradan çıxmaq istəmir.

Ona görə də coui (Avstraliyada kcnquru balasını belə adlandırırlar) kisədə şellənir, amma başı artıq bayıra çıxır ki, anası yemək üçün ayaq saxlayanda, o da otdan, yarpaq­dan qamarlaya bilsin. Anası ona yerimək, atılıb-düşmək öyrədəndən sonra belə, kisə onun üçün bir ev olaraq qalır. Xırdaca bir təhlükə hiss edən kimi, anası özünü yetirir, onu ağzıyia götürüb ehmallıca kisəsinə salır.

Kenqurunun 120-də artıq növü var. Ən kiçiyinin boyu cəmi 60 santimetrdir, onun adma uollobıı deyiriər. Ən irisi isə nəhəng qırmızı, yaxud boz kenqurudur ki, boyu 1,8 metrə çatır!

Kenqurunun qabaq pəncələri qısa, arxa pəncələri isə əksinə çox uzun olur. Arxa pəncəsinin orta barmağı çox yekədir. Özünün güdü arxa pəncələri sayəsində kenquru 3-4 metr tullana bilir. Dincələrkən, adətən uzun quyruğunun üstündə ohınır. Kenquru sürətlə hərəkət edə bilir, qulaqlan isə o qədər itidir ki, düşməninin səsini çox uzaqdan eşidir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Gözəllik, Geyim bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...