Ada qövsləri - materikdən okeana keçid zonalarında, relyefdə dağlıq arxipelaqlar formasında təzahür edən geoantiklinal qalxmalardır. Ada qövsləri Planda xarakterik qövs şəklində olub, kənar dənizləri abis- sal çökəkliklərdən ayırırlar (aleut, kuril, yapon, filippin, antil adaları və b.). Ada qövslərinin əsasım vulkanik süxurlardan ibarət, eni 40-50 km-dən 200-4000 km-e qədər, uzunluğu 1000 km və daha çox olan sualtı qalxmalar təşkil edir. A.q. Hazırda yer qabığının ən fəal vulkanizm sahələri olub, müasir geosinklinallardır.