Anomaliya - (yun. A - inkar şəkilçisi və nomos - qanun) - təbii hadisə və prosesin, kəmiyyət və keyfiyyətin qəbul edilmiş ümumi "norma"dan və ya orta göstəricidən kənara çıxmasına deyilir. Məs.: təbii suyun fiziki xassələrinin başqa minerallara nisbətən anomaliyası; maksimal sıxlığının müsbət 4°c-də olması, əridikdə həcminin azalması, 27°c temperaturda ən alçaq istilik tutumuna malik olması, kapilyar suyun mənfi 30°c-də belə donmaması və s. Meteorologiyada: atmosfer təzyiqinin, temperaturunun anomaliyası, biologiya və tibbidə; orqanizmin və ya hər hansı orqanın quruluş və funksional anomaliyası. Geofizikada: ağırlıq qüvvəsinin anomaliyaı, maqnit anomaliyası və s. ayırırlar.