0 səs
292 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Anomaliya nədir?

4 Cavab

0 səs
Anomaliya - (yun. A - inkar şəkilçisi və nomos - qanun) - təbii hadisə və prosesin, kəmiyyət və keyfiyyətin qəbul edilmiş ümumi "norma"dan və ya orta göstəricidən kənara çıxmasına deyilir. Məs.: təbii suyun fiziki xassələrinin başqa minerallara nisbətən anomaliyası; maksimal sıxlığının müsbət 4°c-də olması, əridikdə həcminin azalması, 27°c temperaturda ən alçaq istilik tutumuna malik olması, kapilyar suyun mənfi 30°c-də belə donmaması və s. Meteorologiyada: atmosfer təzyiqinin, temperaturunun anomaliyası, biologiya və tibbidə; orqanizmin və ya hər hansı orqanın quruluş və funksional anomaliyası. Geofizikada: ağırlıq qüvvəsinin anomaliyaı, maqnit anomaliyası və s. ayırırlar.
0 səs
Elliptik orbit üzərində göy cisminin vəziyyətini təyin edən kəmiyyətlər.
0 səs
Təbiətdə ümumi və normal qanunauyğunluqdan kənara çıxma halları.

Anomaliya hadisəsi.
0 səs
Proseslərin, hadisələrin müəyyən bir ərazi üçün xarakterik olmayan istiqamətə yönəlməsi, göstəricilərin normadan kənara çıxması.

Məntəqədə meteoroloji elementlərin (külək, təzyiq və s.) çoxillik normadan fərqli qiymət alması anomaliya yaradır; məsələn, ərazinin orta aylıq temperaturunun səciyyəvi haldan (normadan) xeyli yüksək olması anomlaiya istilər adlanır.

Oxşar suallar

+2 səs
3 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
+2 səs
2 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
0 cavab
soruşub 15 Oktyabrda anonim Ünvanlar, Nömrələr bölməsində
...