0 səs
43 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Kainat nə boydadır?

1 cavab var:

0 səs
İnsan üçün Kainatın həqiqi ölçülərini təsəvvür etmək qeyri-mümkündür. Biz nəinki onun böyüklüyündən bixəbərik, ü.stəlik heç Kainatın real əzəmətini təsəvvürümüzdə canlandırmaq belə, idrakımızın imkanlan xaricindədir.

Yer planetindən xəyalən aralanmağa başlasaq, nisbətən anlayanq ki, Yer kürəsi Günəş sisteminin xırda bir hissəsidir. Günəş sisteminin özü isə Günəşlə yanaşı, onun ətrafında hərlənən planetlərdən, xırda planet hesab olunan asteroidlərdon, meteoritlərdən ibarətdir.

Amma bizə əzəmətli gələn Günəş sis-teminin özü də başqa, "qalaktika" adlandı- nlan daha böyük sistemin xırdaca parçasıdır. Qalaktikada milyon-milyon ulduzlar var ki, onlarm çoxu Günəşdən də xeyli böyükdür və hər biri Günəş sisteminə bənzər bir planet sisteminin mərkəzində qərar tutur.

Beləliklə, bizim qərar tutduğumuz, Süd Yolu (Samanyolu) adlandırdığımız qalaktikada müşahidə etdiyimiz ulduzların hamısı elə "Günəş" dir. Onların arasındakı məsafə kilometrlə yox, işıq Hiylə ölçülür. Bu ölçü vahidi ağlasığmaz məsafələri göstərmək üçündür və bir il ərzində işıq şüasının keçə biləcəyi məsafəni göstərir. Bu məsafə isə 11000 000 000 000 kilometrə bərabərdir. Ən parlaq və bizə ən yaxın olan ulduz - Sentavr bürcündə yerləşən Alfa ulduzu Yerdən 46 000 000 000 000 kilometr aralıdadır.

Amma gəlin, öz qalaktikamızın ölçülərini təsəvvürümüzə gətirək. Alimlər belə hesab edir ki, qalaktikamızın diametri '100 000 işıq ilindən artıqdır. Bu isə 100 000 dəfə 11 000 000 000 000 kilometr deməkdir. Bımu biləndən sonra da təsəvvür edin ki, bizim qalaktika da başqa, daha əzəmətli sistemin kiçik bir hissəsidir...

Başqa sözlə desək, Süd Yolunun sərhədlərindən kənarda, yəqin, milyonlarla qalaktika var. Amma çox mümkün kı, onların hamısı birlikdə çox nəhəng sistemin parçasıdır.

Bax, buna görə də Kainatın ölçülərini tam təsəvvür etmək çətindir. Yeri gəlmişkən, alimlər bu fikirdədir ki, Kainat daim genişlənməkdədir. Bu isə o demək-dir ki, iki qalaktika arasındakı nə-həng məsafə bir neçə milyard il ərzində təxminən iki dəfə böyüyür. 

Biz Günoş sisteminin niyə məhz bu formada olduğunun səbəbini bilmirik. Ü/ Kainatdakı bir çox başqa Günəş sistemləri kimi, tamam başqa quruluşa da malik ola bilərdi. Günəş sistemlərinin formalarında da bir qanuna-uyğunluq var - bu, onlann necə əmələ gəldiyindən asılıdır. Bizim sistemin niyə məhz bu formada olmasının səbəbini bilməsək də, Günəş sisteminin indiki formasını necə qoruyub saxladığını izah edən təbiət qanunlarını tapmışıq.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 14 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 08 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 08 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
0 səs
1 cavab
soruşub 08 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...