+2 səs
247 baxış
Terminlər, Sözlər bölməsində

Amplituda nədir?

6 Cavab

+1 səs
 
Hər hansı dəyişən kəmiyyətin – təzyiqin, temperaturun, hündürlüyün və s. – müəyyən müddət ərzində maksimum və minimum göstəriciləri arasındakı fərq.

Məsələn, illik temperatur amplitudasının ən böyük qiyməti Yakutiyada, ən kiçik qiyməti isə ekvatorial enlik üzərində müşahidə olunur. Sutkalıq temperatur amplitudasısının ən böyük qiyməti Böyük Səhrada, Ərəbistan yarımadası və Meksika yaylasında qeydə alınır və s.
+1 səs
Amplituda (lat. Amplitudo - ölçü) - hər hansı elementin ən yüksək və ən aşağı göstəriciləri arasındakı kəmiyyət fərqinə deyilir.
+1 səs
Hər hansı tarazlıq vəziyyətdən, yaxud orta kəmiyyətdən yayınmanın maksimum həddi.

Məsələn, seysmik dalğanın təsiri altında mühitin hissəciklərinin tarazlıq vəziyyətindən kənara çıxdığı məsafə dalğanın amplitudası adlanır.
+1 səs
Hava temperaturunun və atmosfer təzyiqinin gündəlik, aylıq və ya illik kəmiyyətlərinin coğrafi məntəqənin çoxillik orta kəmiyyətindən uzaqlaşması.

Atmosfer təzyiqinin amplitudası.
+1 səs
Rəqs edən cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı nöqtələr arasındakı məsafə; müxtəlif ölçü cihazlarında (barometr, termometr və s.) yüksəkliklər fərqi.

 Maqnit dalğalarının amplitudası.
+1 səs
Barometr və ya termometrdə yüksəkliklər fərqi.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
1 cavab
soruşub 14 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
3 cavab
soruşub 04 Mayda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
1 cavab
soruşub 02 Martda anonim Terminlər, Sözlər bölməsində
+1 səs
4 cavab
soruşub 16 Dekabrda, 21 anonim Terminlər, Sözlər bölməsində
...