Ağ gecələr - qütb dairəsi boyunca ilin yay fəslində müşahidə edilən işıqlı gecələrə deyilir. Yayda bu zolaqda güneş ancaq qısa müddət üfüq arxasında olduğu üçün gecə yarısı da axşam şəfəqi kimi işıqlı olur. Ağ gecələr Maydan iyula qədər Sankt-Peterburq, Oslo, Maqadan paraleli üçün adi haldır.