0 səs
148 baxış

Axundzadə Mirzə Fətəli kimdir?

1 cavab var:

0 səs

Axundzadə Mirzə Fətəli (1812-1878) — görkəmli filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi. Axundzadə Mirzə Fətəli 6 adda komediya yazmış, bu əsərlərdə Şərqdə hökm sürən fanatizmi, cəhaləti, nadanlığı, avamlığı, şöhrətpərəstliyi və s. bu kimi mənfi xüsusiyyətləri tənqid etmiş, qadın azadlığı, ədalətli hökmdar ideyasını qaldırmışdır.

Axundzadə Mirzə Fətəlinin siyasi baxışları “Kəmalüddövlə məktubları” əsərində daha qabarıq verilmişdir. O, elmə, maarifçiliyə böyük qiymət verir, qeyd edirdi ki, “elm, maarif tərəqqinin əsas amilidir”. Görkəmli maarifçi filosof tərəqqinin tərəfdarı olmuşdur. Lakin bu tərəqqi öz-özünə baş vermir, “cəmiyyətdə tərəqqini həyata keçirmək üçün insan azad olmalıdır, bu tərəqqi ağıl ilə həyata keçirilməlidir”, deyən A. Qərb və Şərq inkişafı məsələlərinə toxunur, O, bunun | səbəbini Avropa ölkələrində sənayenin inkişafı ilə əlaqələndirir, onu tərəqqinin mühüm amili hesab edir.

Axundzadə Mirzə Fətəlinin azadlıq haqqında maraqlı fikirləri var. Onun fikrincə, azadlıq insanın təbii hüququ kimi onun özünün inkişafında çox zəruri şərtlərdən biridir. Filosof insanların öz fikirlərini azad surətdə söyləməyə, insanın azad yaşamaq hüququ olmasına böyük əhəmiyyət verirdi.

Axundzadə Mirzə Fətəlinin millətlərarası münasibətlərin normal inkişafına münasibəti də diqqəti cəlb edir. O, bu məsələni qaydaya salmağın real yolunu millətlər arasında bərabərsizliyin aradan götürülməsini başlıca amil hesab edir, eyni zamanda onun qənaətinə görə, bu məsələnin həllini istibdada və feodalizmin insanı alçaldan qanunlarına qarşı mübarizə aparmaqda görürdü.

Axundzadə Mirzə Fətəli Avropa mədəniyyəti, inkişafı ilə yaxından tanış olduqca, onun dünyagörüşündə müəyyən dəyişikliklər baş verir, XIX əsrin 50-ci illərində o “Aldanmış kəvakib” povestində ədalətli şah obrazını, ağıllı hökmdar surətini irəli sürürdüsə, Yusif Sərracların əməllərini tərifləyirdisə, artıq 60-cı illərdə böyük islahatçı-maarifçi mütəfəkkir konstitusiyalı monarxiya fikri üzərində durur, dövlətin idarə olunmasında xalqın iştirakı məsələsini irəli sürürdü.

Axundzadə Mirzə Fətəli zülmün, zorakılığın əleyhinə olmuşdur. Onun qonaətinə görə zülmü aradan qaldırmaq üçün insan müəyyən iradi keyfiyyətlərə malik olmalıdır, O, öz idrakı ilə zülmü aradan qaldırmağı bacarmalıdır. Böyük mütəfəkkir nail olmağın yolunu xalqın maariflənməsi, mədəniyyətə yiyələnməsində görürdü.

Axundzadə Mirzə Fətəli hər millətin özünün konstitusiyasının olmasını çox vacib sayırdı. O göstərirdi ki, millət konstitusiya əsasında yaşayarsa, ona əməl edərsə, Şərq torpağı cənnətə dönə bilər. Şübhəsiz ki, Axundzadə Mirzə Fətəli, Şərq torpağı dedikdə ilk növbədə doğma Vətəni Azərbaycanı, Qafqazı nəzərdə tuturdu.

Axundzadə Mirzə Fətəlinin maarifçilik ideyaları bu gün də sosial problemlərin həlli üçün əhəmiyyətlidir.

Oxşar suallar

+1 səs
6 cavab
soruşub 24 Mayda anonim İş, Karyera, Peşə bölməsində
+3 səs
1 cavab
soruşub 11 Martda anonim İş, Karyera, Peşə bölməsində
+2 səs
1 cavab
soruşub 28 Fevralda anonim İş, Karyera, Peşə bölməsində
0 səs
1 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 13 Oktyabrda, 21 anonim İş, Karyera, Peşə bölməsində
...