Mübahisəli məsələlərin çəkişən tərəflər arasında könüllü razılıq əsasında müəyyənləşmiş münsif (arbitr) və ya münsiflər vasitəsilə araşdırılması üsulu.
Arbitrajın başlıca səciyyəvi cəhəti arbitrləri tərəflərin özləri seçməsindən, yaxud onların tərəflər arasında razılaşdırılmış şərtlər əsasında və ya qanunla müəyyən edilmiş qaydada təyin olunmasından ibarətdir. Arbitrajın qərarı məcburi hüquqi qüvvəyə malik olur. Beynəlxalq mübahisələrin dinc yolla həlli vasitəsi kimi arbitraj BMT nizamnaməsində nəzərdə tutulub.