Abissal çöküntülər - okean dibinin dərinliklərində orqanizmlərin skelet qalıqlarının, qurudan külək və cərəyanlar vasitəsilə qetirilen mineral hissəciklərin və klsmik tozun toplanması nəticəsində əmələ gəlmiş müasir çöküntülərə deyilir. Abissal çöküntülər içərisində orqanogen lillər (qlobigerin, ptero- pod, diatome, radiolyariy) və qırmızı gillər üstünlük təşkil edir. Abissal çöküntülər okean yatağı sahəsinin 75,5%-ni tutur.