Formasından və mənşəyindən asılı olmayaraq dibi dəniz səviyyəsindən aşağıda yerləşən çökəklik.
Xəzər dənizi və Ölü dəniz dibi su ilə dolmuş, Turfan və Sarıqamış çökəklikləri isə dibi quru depressiyalardır. Çox zaman Yer səthində istənilən çökəkliyi depressiya forması adlandırırlar.