+2 səs
277 baxış
Mədəniyyət, İncəsənət bölməsində

Epos nədir? 

3 Cavab

+1 səs
 
Bədii yaradıcılığın üç əsas növündən biri: hadisələrin təhkiyə üsulu ilə nəql olunduğu əsərlər; epik növ.

Epos epik əsərlərdə dialoji mətnlər, mühakimə və təsvir xarakterli hissələr də ola bilər. Lakin bu cür əsərlərdə müəllif təhkiyəsi əsas yer tutur. Şifahi və yazılı ədəbiyyatda həcmindən və formasından asılı olmayaraq müxtəlif janrlara məxsus süjetli şeir və nəsr əsərləri: nağıl, əfsanə, rəvayət, dastan, poema, hekayə, povest, roman və s. epik janrlar sayılır.
+1 səs
Bədii yaradıcılığın üç əsas növündən biri; təhkiyə üsulu ilə yazılmış, adətən, irihəcmli şeir və nəsr əsəri.

Qəhrəmanlıq eposu.

Şifahi və yazılı ədəbiyyatda epik növə müxtəlif janrlara məxsus süjetli şeir və nəsr əsərləri (nağıl, əfsanə, rəvayət, dastan, poema, hekayə, povest, roman və s.) daxildir.
+1 səs
Təhkiyə və təsvirə əsaslanan irihəcmli folklor janrı; dastan.

Epos dedikdə daha çox qəhrəmanlıq dastanları, saqalar nəzərdə tutulur. Bu əsərlərdə hadisələr təfsilatı ilə təsvir olunur, xalqın gücü və əzəməti duyulur. Eyni zamanda əsas obrazların xarakteri, onların fiziki gücü mübaliğəli şəkildə təqdim olunur. Eposların məzmunu dövrün mühüm hadisələrindən qaynaqlanır. Məsələn, qədim yunan tarixində əhəmiyyətli yer tutan Troya müharibəsi “İliada”nın əsas məzmununu təşkil edir. Türk xalqlarının geniş coğra­fiyaya malik ərazilərindəki tarixi məqamları özündə əks et­dirən “Kitabi-Dədə Qorqud”, “Alpamış”, “Yaradılış”, “Alp Ər Tonqa”, “Manas”, “Koroğlu” və s. eposları var.

Oxşar suallar

+3 səs
3 cavab
soruşub 12 Martda anonim Mədəniyyət, İncəsənət bölməsində
+3 səs
3 cavab
soruşub 09 Martda anonim Mədəniyyət, İncəsənət bölməsində
+2 səs
4 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Mədəniyyət, İncəsənət bölməsində
+2 səs
2 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Mədəniyyət, İncəsənət bölməsində
+2 səs
3 cavab
soruşub 17 Oktyabrda, 21 anonim Mədəniyyət, İncəsənət bölməsində
...