Fevral inqilabından (1917) sonra Rusiyada, habelə SSRİ-də, II Dünya müharibəsindən (1939–1945) sonra isə Bolqarıstan, Monqolustan, Polşa, Rumıniya və Yuqoslaviyada ictimai asayiş orqanlarının adı; polisin ekvivalenti.
Kommunist rejimlərinin süqutundan sonra həmin ölkələr bu addan imtina ediblər. XXI əsrdə ictimai asayiş orqanları yalnız bəzi postsovet respublikalarında – Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistanda milis adlanır.