Reklam ideyasının qısa, parlaq, yaddaqalan ifadəsi, reklam devizi.
Sloqan – reklam yaradıcılığında xüsusi yer tutur, o yalnız məhsulun satışına deyil, həm də şirkətin imicinə təsir göstərir. Bir çox KİV redaksiyalarının öz sloqanları var; məsələn, «Эхо Москвы» radiokanalının «Radioya qulaq asın, qalan hər şey görüntüdür», «Ekonomist» jurnalının «Mən heç vaxt «Ekonomist» oxumamışam». Menecer-stajçı. 42 yaş» sloqanları ən uğurlu media devizlərindən saylır. Sloqan ingilis dilində XIX əsrin 80-ci illərində yaranmış termin olsa da, mütəxəssislərin fikrincə, onun mənşəyi qədim qalların işlətdikləri sluagh-ghairm (döyüşə çağırış) ifadəsi ilə bağlıdır.