İctimai-siyasi, məişət mövzularında çəkilmiş satirik və ya yumoristik rəsm.
İllüstrasiyanın bir növü kimi karikaturalardan daha çox satirik jurnallarda və ya komik məzmunlu məqalələrdə, digər əsərlərdə istifadə edilir. Burada təsvir obyektinin çatışmazlıqları qabarıq göstərilir. Azərbaycanda karikatura müstəqil janr kimi XX əsrin əvvəllərində «Molla Nəsrəddin» jurnalının fəaliyyəti nəticəsində formalaşıb.