İudaizmdə dindarlar icması və ibadət evi.
İlk sinaqoqlar e.ə. IV əsrdə Fələstində və e.ə. III əsrdə Misirdə yaradılıb. E.ə. 70-ci ildə romalılar tərəfindən Qüds məbədi dağıdıldıqdan sonra dünyanın müxtəlif bölgələrinə səpələnmiş yəhudilər məskunlaşdıqları ölkələrdə sinaqoqlar tikməyə başlayıblar. Sinaqoqda dini mərasimlər keçirilir, Bibliya və Talmud oxunaraq şərh olunur.