+1 səs
1,344 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Vulqarizm nə deməkdir? 

2 Cavab

0 səs
Ədəbi dilin leksik normalarına zidd olan kobud söz və ifadələr.

Bədii əsərdə müəllif obrazın xarakterini açmaq üçün bəzən vulqar sözlərdən istifadə edir. Yazıçı hər hansı surәtin mә­dәniyyәtsizliyini xüsusi nәzәrә çatdırmaq, yaxud әsәrdə müəyyәn mәişət koloriti yaratmaq üçün personajların nit­qində vulqarizm işlәdir; məsələn:

Var özgə vilayətdə də tək-tək köpək oğlu,

Hədsizdi bu viranədə, bişək, köpək oğlu. (Q.Zakir)
0 səs
Sadə xalq dilində işlədilən, lakin ədəbi dildə istifadəsi yolverilməz olan çox kobud söz və ifadələr.

Vulqarizmlər bədii mətnlərə nadir hallarda, personajların di­lini xarakterizə etmək üçün daxil edilir. Jur­nalistikada vulqarizmlərin istifadəsi, ümumiyyətlə, peşə etikası normalarından kənar hesab ­olunur. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında media işçilərindən vulqarizmlərin, jarqonların istifadəsindən çəkin­mək, dilin təmizliyini qorumaq tələb edilir.

Oxşar suallar

0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
4 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
3 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...