Sadə xalq dilində işlədilən, lakin ədəbi dildə istifadəsi yolverilməz olan çox kobud söz və ifadələr.
Vulqarizmlər bədii mətnlərə nadir hallarda, personajların dilini xarakterizə etmək üçün daxil edilir. Jurnalistikada vulqarizmlərin istifadəsi, ümumiyyətlə, peşə etikası normalarından kənar hesab olunur. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında media işçilərindən vulqarizmlərin, jarqonların istifadəsindən çəkinmək, dilin təmizliyini qorumaq tələb edilir.