+1 səs
32 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Palau Respublikası nə dövlətidir?

1 cavab var:

0 səs

Sahəsi: 458 km2

Əhalisi: 20,7 min nəfər (2010)

Əhalinin sıxlığı: 45,2 nəfər/ km2

Paytaxtı: Nqerulmud (400 nəfər)

Rəsmi dillər: ingilis, palau

Dini etiqad: katolisizm (45%), protestantlıq

(30%), yerli dini etiqadlar

Pul vahidi: ABŞ dolları

Dövlət quruluşu: respublika

Palau Respublikası Karolin adalarına daxildir. Adaların çox hissəsi 100 km-dən çox uzunluğu olan sədd rifinin yaratdığı böyük laqunun daxilində yerləşir.

Palau Respublikası dünyada əhalisinin sayı az olan dörd ölkədən biridir, ölkəyə aid 200-dən çox adadan yalnız səkkizində əhali məskunlaşmışdır. Əhalinin əksər hissəsi ən böyük ada olan Babeltuapda və son vaxtlara qədər ölkənin paytaxtının (Melekeok) yerləşdiyi Kororda cəmlənir. Adalarda rütubətli tropik iqlim (yağıntı 800-2000 mm/il) hakimdir. Onları dəmirbeton körpülər birləşdirir. Palau dünyada iqtisadiyyatı zəif potensiala malik ölkələrdən biridir. Lakin əhalinin həyat səviyyəsi regionun digər ölkələri ilə müqayisədə yüksəkdir. Palaunun təmiz sahilboyu suları dünyada suyun altında üzmək üçün ən əlverişli yerlərdəndir. Ona görə turizm ölkə iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən biridir. Balıq ovuna lisenziya verilməsi ilə ölkə xeyli xarici valyuta əldə edir. İqtisadi yardım göstərdiyinə görə Palau hökuməti öz ərazisində ABŞ-ın hərbi bazalarının yerləşməsinə icazə vermişdir. Kənd təsərrüfatında kokos palması, batat, kakao, maniok, tropik meyvələr və tərəvəz becərilir, sənayedə kopra və suvenirlər istehsal olunur. Palau adalarında tam təcrid olunmuş halda inkişaf edən, özünəməxsus ekosistemə malik olan çoxlu sayda laqunlar və göllər vardır. Bu, hər bir su hövzəsində nadir bitki və heyvan növünün yaranmasına səbəb olmuşdur. Rok Aylends adaları sıx tropik bitkilərlə örtülür.

Oxşar suallar

0 səs
1 cavab
0 səs
1 cavab
soruşub 08 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
+3 səs
4 cavab
soruşub 13 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 11 Fevralda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...