+2 səs
110 baxış
Terminlər, Sözlər bölməsində

Zəlil nədir? 

5 Cavab

+1 səs
Zəlil etmək - pis günə qoymaq, bədbəxt etmək, xar etmək, alçaltmaq.
0 səs

Həqir, yazıq, bədbəxt, xar. (“Koroğlu” dastanının lüğəti)

Flektivlik baxımından zəlalət sözü ilə eyniköklüdür.

Koroğluyam, məlul düşdüm,

Qürbət eldə zəlil düşdüm,

Möminəyə dəlil düşdüm,

Tərlan olmaz sar, nə deyim?

                (“Koroğlunun Dərbənd səfəri”)

0 səs
Kölgəli deməkdir?
0 səs
Zəlalətə düşmüş; yazıq, bədbəxt, həqir, fəqir, xar.

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,

О şanlı qоllarına zülminən vurar zəncir. (C.Cabbarlı)
0 səs
Ərəbcə zillət, zəlalət kimi sözlərlə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
1 cavab
soruşub 14 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
3 cavab
soruşub 04 Mayda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
1 cavab
soruşub 02 Martda anonim Terminlər, Sözlər bölməsində
+1 səs
4 cavab
soruşub 16 Dekabrda, 21 anonim Terminlər, Sözlər bölməsində
...