+2 səs
262 baxış
Terminlər, Sözlər bölməsində

Pafos nə deməkdir? 

4 Cavab

0 səs
Nitqdə fikir və informasiyadan daha çox, duyğuların yüksək emosionallıqla ifadəsi; patetika.

Ritorik kateqoriya kimi bu termin elmə ilk dəfə Aristotel tərəfindən gətirilib. Yunan aliminin şərhinə görə, pafos elə bir üsuldur ki, onun vasitəsilə müəllif (və ya natiq) oxucuda (auditoriyada) müvafiq duyğular, emosional reaksiya yaradır. Sonralar filosoflar estetikada pafosun müxtəlif növlərini qeyd ediblər: qəhrəmanlıq pafosu, faciə pafosu, sentimentallıq pagosu, romantik pafosu və s. Oda, qəsidə, faciə kimi janrlarda pafosa daha çox müraciət olunur.
0 səs
Hər hansı bir yüksək ideyanın doğurduğu şövq, ilham, vəcd, ruh yüksəkliyi, coşqunluq, ehtiras.

Romantika Almazın enerjisində, yaradıcılıq pafosunda... gözəl həyata olan inam və ümidindədir. (M.Arif).
0 səs
Ehtiraslı ruh yüksəkliyi; təmtəraq.

Direktor... saçlarını əsdirərək, tragik aktyor pafosu ilə ağlamsındı. (M.Hüseyn).
0 səs
Hislərin emosional formada, təmtəraqlı ifadə üslubu.

Pafos ritorik (bəlağətli) kateqoriyadır, insanın ünsiyyət vaxtı, yaxud yazısında bir qədər süniliklə xarakterizə olunan xüsusi ruh yüksəkliyi, coşqunluq, ehtiras, rəğbət, kədər nümayiş etdirməsidir.

Oxşar suallar

0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Terminlər, Sözlər bölməsində
...