+2 səs
72 baxış
Terminlər, Sözlər bölməsində

Solesizm nə deməkdir? 

1 cavab var:

0 səs
Fikri təhrif etməyən, lakin dil qaydaları baxımından xətalı nitq parçası.

Solesizm termini antik ritorika ustaları tərəfindən Solo şəhərinin (yunanların Kiçik Asiyada, Kilikiyada müstəmləkəsi) adından yaradılıb. Şəhər Solonun hakimiyyəti dövründə Afinadan köçüb gəlmiş yunanlar tərəfindən salınıb, lakin onların sonrakı nəsilləri yerli əhali ilə qarışıraq qədim yunan dilinin təmizliyini itiriblər. Beləliklə, antik ritorikada qrammatik baxımdan düzgün olmayan ifadələr solesizm adlandırılıb. Solesizmlər üçün şifahi nitq, loru danışıq, dialektlər xarakterikdir, ədəbi dildə onlara yol verilmir. Buna görə də solesizmdən bədii əsərlərdə qrammatik cəhətdən xətalı danışıq dilinin imitasiyası üçün üslubi fiqur kimi istifadə edilir; məsələn:

Ax!.. necə kef çəkməli əyyam idi,

Onda ki övladi-vətən xam idi! (M.Ə.Sabir)

Oxşar suallar

0 səs
0 cavab
soruşub 18 Sentyabrda anonim Terminlər, Sözlər bölməsində
0 səs
1 cavab
soruşub 25 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
0 səs
1 cavab
soruşub 14 Mayda anonim Terminlər, Sözlər bölməsində
...