İnternetdə istifadəçilərə öz fikirləri ilə bölüşməyə, informasiya mübadiləsi aparmağa imkan verən populyar sosial şəbəkələrdən biri.
2006-cı ildə ABŞ-da Odeo şirkətində daxili istifadə üçün yaradılmış tvitter qısa müddətdə bütün dünyada məşhurlaşıb. Tvitter vasitəsilə insanlar dərhal əlaqə yaradır, «internet SMS», «mikrobloqqinq» kimi xidmətlərdən istifadə edirlər.