Sahəsi: 549 km2
Əhalisi: 178 min nəfər (2007)
İnzibati mərkəzi: Aqanya(Xaqatna; 1,1 min nəfər)
Rəsmi dillər: ingilis, çamorro
Dini etiqad: katolisizm
Pul vahidi: ABŞ dolları
Dövlət quruluşu: ABŞ-ın mülkü
Quam adası vulkan fəaliyyəti nəticəsində yaranmışdır və hazırda da bir neçə fəaliyyətdə olan vulkan vardır. Adanın şimalı mərcan əhəng daşlarından ibarət olan düzənlik, cənub hissəsi isə təpəli yüksəklikdir. Yerli fauna növləri, ilk növbədə boz ağac ilanları quşlara ciddi ziyan vurur. Artıq onların 9 növünün nəsli kəsilmişdir. Palma ağacları ilə əhatə olunan Quam çimərlikləri turistləri özünə cəlb edir (ildə 1,5 mln. nəfər). Bu sahə valyuta gəlirlərinin əsas mənbəyidir. Turizm sənayesi və adanın 1/3- ni tutan Amerika bazasında işləyən sakinlərin hesabına burada həyat səviyyəsi regionun digər ölkələri ilə müqayisədə yüksəkdir.