0 səs
47 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Kiribati Respublikası nə dövlətidir?

1 cavab var:

0 səs

Sahəsi: 811 km2 və Banaba adası

Əhalisi: 108 min nəfər (2006)

Əhalinin sıxlığı: 137,4 nəfər/ km2

Paytaxtı: Bairiki (Tarava) (28 min nəfər)

Rəsmi dillər: ingilis, kiribati

Dini etiqad: katolisizm (53%), protestantlıq (41%), yerli dini etiqadlar

Pul vahidi: Avstraliya dolları

Dövlət quruluşu: respublika

Kiribati Respublikası 33 ada və atolldan ibarətdir. Okeaniyada bu adalar 5 mln. km2 ərazidə yayılmışdır.

Kiribatinin tərkibinə Mikroneziyaya daxil olan Hilbert, Polineziyada olan Layn (Mərkəzi Polineziya Sporadları), Feniks adaları və Banaba adası daxildir. Respublikanın ovalıqlardan ibarət əksər adaları okean səviyyəsindən cəmi bir neçə metr yuxarı qalxır. Qlobal istiləşmə nəticəsində okeanın səviyyəsinin qalxması Kiribati və Okeaniyanın digər ölkələrində səthi ovalıq olan adaların su altında qalması təhlükəsini yaradır. Milad günü ən böyük ada olsa da, ən çox əhali ölkənin paytaxtının da yerləşdiyi Tarava atolludur. 1979-cu ilə qədər ölkə Böyük Britaniya müstəmləkəsi olmuşdur. Çox hissəsi xristian olan Kiribati sakinləri özlərini hilbertli sayır, ölkənin ağır həyat tərzi keçirən kasıb əhalisi əkinçilik və balıqçılıqla məşğul olur. Adaların çox hissəsi əkinçiliyə az yararlı olsa da, burada tropik bitkilər olan banan, kokos palması, taro, papayya, çörək ağacı becərilir. Kopra ixracından az miqdar gəlir əldə olunur. Adalarda ekvatorial iqlim hakimdir, orta illik temperatur 27°Cdir. Şimalda yerləşən adalarda ildə 3000 mm yağıntı düşür, cənubda iqlim nisbətən qurudur. Buna baxmayaraq ölkə quraqlıqdan əziyyət çəkir. 1999-cu ildə hətta fövqəladə vəziyyət elan edilmişdir. 1990-cı ildə Tarava atolundan əhalinin bir hissəsi daha az mənimsənilmiş adalara köçürülmüşdür. Ölkədə palma yağı, mebel, duzlu balıq, kopra, suvenir istehsalı üzrə kustar müəssisələr vardır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 14 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 08 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 26 Dekabrda, 20 anonim Şəxslər, Tarix bölməsində
...