0 səs
55 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Nauru Respublikası nə ölkəsidir?

1 cavab var:

0 səs

Nauru Respublikası

Sahəsi: 21 km2

Əhalisi: 13,0 min nəfər (2006)

Əhalinin sıxlığı: 485,7 nəfər/ km2

İnzibati mərkəzi: Yaren (4,9 min nəfər)

Rəsmi dillər: ingilis, nauru, kiribati

Dini etiqad: protestantlıq (58%), katolisizm (24%)

Pul vahidi: Avstraliya dolları

Dövlət quruluşu: respublika

 Mikroneziyada yerləşən Naurunun təsərrüfatının əsasını fosforit hasilatı təşkil edir. Ölkənin rəsmi paytaxtı yoxdu.

Nauru adasının çox hissəsi sualtı vulkanın zirvəsində yaranan atolldan ibarət platodur. Burada fosforit hasilatı yerli əhalinin yeganə məşğuliyyət sahəsidir. Bu mineralın 100 ildən çox müddətdə çıxarılması adanın landşaftına ciddi ziyan vurmuşdur. Onun ehtiyatı sürətlə azalır, artıq tükənmək üzrədir. Adada təbii limanlar yoxdur, gəmilər kənarda boşaldılır, ölkəyə içməli su, yanacaq və ərzaq idxal olunur. Naurunun qarışıq əhalisi naurululardan (58%) ibarətdir. Əhalinin 26%-i digər Okeaniya adalarından gəlmişdir, çinli və avropalıların hər biri 8% təşkil edirlər.

Oxşar suallar

0 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 14 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
0 səs
1 cavab
soruşub 08 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 26 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...