0 səs
436 baxış
Terminlər, Sözlər bölməsində

Abreviatura nə deməkdir? 

3 Cavab

0 səs
Sözlərin baş hərflərini və ya hissələrini saxlamaqla dü­zəl­dilmiş ixtisar.

Abreviaturalar müxtəlif yollarla formalaşır:

– sözlərin yalnız birinci hərfini saxlamaqla: BMT (Birləşmiş Millətlər Təşkilatı), KİV (kütləvi informasiya vasitələri), m (metr), t (ton);

– sözlərin müəyyən hissəsini saxlamaqla: telestudiya (tele­viziya studiyası), akad. (akademik);

– sözün ilk və son hərflərini saxlamaqla: d-r (doktor);

– ölçü vahidi bildirən sözlərin tərkib hissələrinin müəyyən hərflərini saxlamaqla: sm (santimetr), kq (kiloqram), mb (meqabayt).

Abreviaturalara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğunlaşdırılır: AMEA-dan, NATO-ya, MDB-nin və s.
0 səs
Sözlərin ilk hərf­lərindən, yaxud hissələrindən düzəldilmiş qısaltma, ixtisar forması.

Abreviaturalardan şifahi və yazılı nitqdə qənaət məqsədilə istifadə olunur. Bəzi populyar abreviaturalar dildə özünə yer tutub və əksəriyyət tərəfindən anlaşılır. Me­dia mətnlərində çoxlarına tanış olma­yan abreviaturaların mətnin əvvəlində bir dəfə açıq­lanması vacibdir. Dildə özünə yer tut­muş abreviaturalara KİV (kütləvi informasiya vasitələri), az tanış olan abreviaturalara BJF (Bey­nəlxalq Jurnalistlər Fe­de­rasiyası) misal ola bilər. abreviaturaların müx­təlif növləri var: başlıq abreviatura (söz­lərin baş hərf­lərindən yaranmış), akronim abreviatura, bekronim abreviatura, heca abreviatura (hecalardan yaranmış), teles­kopik abreviatura (bir sözün əvvəli ilə digərinin sonunun birləş­mə­sindən ya­ranmış), qrafik abreviatura (məs.: e.ə. – era­mızdan əvvəl), qarışıq abreviatura (müxtəlif üsullarla yaran­mış) və s.
0 səs
Sözlərin baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş mürəkkəb qısaltmalar, ixtisarlar; məs.: İKT – informasiya-kommunikasiya texnologiyaları; "AzərTAc".

Mürəkkəb adın abreviaturası.

Oxşar suallar

0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Terminlər, Sözlər bölməsində
...