Cənub qütbü sahəsində yerləşən, Antarktidanı, habelə Atlantik, Hind və Sakit okeanların (adaları ilə birlikdə) Antarktidaya yaxın hissələrini əhatə edən fiziki-coğrafi ərazi.
Bu ərazi 48-60° cənub enliklərindən cənuba doğru 52,5 mln. km2 sahə tutur. Antarktikanın hüquqi vəziyyəti 1959-cu ildə bağlanmış beynəlxalq müqavilə üzrə müəyyənləşdirilib: müqaviləyə əsasən, dünya dövlətləri antarktikadan yalnız sülh məqsədləri ilə istifadə edə, burada sərbəst surətdə elmi tədqiqatlar apara bilərlər.