+1 səs
409 baxış
Filmlər, Mahnılar, Kitablar bölməsində

Afişa nədir? 

3 Cavab

+1 səs
 
1) Hər hansı mədəni tədbir – teatr tamaşası, konsert və s. haqqında elan; reklam, məlumat nəşri.

Afişa küçə reklamının bir növüdür. Burada tama­şanın keçirildiyi yer (teatr, konsert zalı), tamaşanın adı, rejissor, baş rolların ifaçıları və s. haqqında məlumat verilir.

2) Dram əsərinin surətlər haqqında məlumat verilən başlanğıc hissəsi.

Afişada surətlərin adı, zahiri görkəmi, ge­yimi, yaşı və s. haqqında məlumat verilir. Milli dra­ma­tur­giyamızda afişa “əhli-məclis”, “əfrad”, “əşxas”, “iştirak edən­lər” və başqa ad­lar ilə ifadə olunub.
+1 səs
Filmlər, tamaşalar, konsertlər, idman ya­rış­ları, digər kütləvi tədbirlər haqqında ek­randa nümayiş etdirilən, yaxud divara, ic­timai yerlərdə qurulmuş xüsusi lövhələrə yapışdırılan irihəcmli elan.

KİV-də afişa rubrikası altında kinoteatrların, teatr­ların repertuarları, konsert proqramları, plan­laşdırılmış mədəni tədbirlər barədə mə­lumatlar dərc olunur.
+1 səs
Tamaşa, konsert haqqında divarlara vurulan elan.

Onlar yeni afişanı görəndə çox sevindilər.

Oxşar suallar

0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Filmlər, Mahnılar, Kitablar bölməsində
+2 səs
2 cavab
soruşub 10 Martda, 21 anonim Filmlər, Mahnılar, Kitablar bölməsində
0 səs
1 cavab
soruşub 30 Mayda anonim
+2 səs
2 cavab
soruşub 21 Fevralda, 21 anonim Filmlər, Mahnılar, Kitablar bölməsində
+2 səs
1 cavab
soruşub 20 Fevralda, 21 anonim Filmlər, Mahnılar, Kitablar bölməsində
...