+1 səs
239 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Nota nədir? 

2 Cavab

0 səs
Bir ölkənin hökumətinin digər ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.

Nota iki cür olur: verbal və şəxsi. Diplomatik praktikada verbal (lat. verbalis – şifahi) notaya daha tez-tez rast gəlinir. Bu zaman müzakirə mövzusu olan məsələ yazılı formada açıqlanır. Verbal nota üçüncü şəxsin adından yazılır, xüsusi blankda çap olunur və imzasız təqdim edilir. Lakin verbal notaya xarici işlər idarəsinin və ya diplomatik nümayəndəliyin möhürü vurulur, həmçinin ünvan göstərilir. O, şifahi bəyanata bərabər tutulur. Şəxsi nota isə, adətən, mühüm və prinsipial əhəmiyyətli məsələlərə həsr edilir. Şəxsi nota birinci şəxsin (onu imzalayanın) adından yazılır, möhürsüz xüsusi blankda çap olunur və burada da ünvan göstərilir. Hər bir halda nota bu və ya digər problemə dair dövlətin rəsmi mövqeyini əks etdirir. Diplomatik praktikada notalar mübadiləsi beynəlxalq sazişlərin bağlanmasının bir forması sayılır. Nota, bir qayda olaraq, fərdi diplomatik aktdır, bununla belə, müasir təcrübədə kollektiv notalara da təsadüf edilir.
0 səs
Diplomatik müraciət forması; bir ölkənin hökumətinin digərinə yazılı şəkildə rəsmi müraciəti.

Nota, əsasən, nəyəsə etirazla bağlı olur.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 20 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...