+1 səs
489 baxış
Terminlər, Sözlər bölməsində

Mənzərə nə deməkdir? 

3 Cavab

+1 səs
 
1. Bir yerin uzaqlara qədər gedən ümumi görünüşü, gözün qavraya bildiyi yerin, sahənin, təbiətin görünüşü; axar-baxar.

2. Təbiəti əks etdirən şəkil, rəsm.

Təbiət mənzərələri.

3. Məcazi mənada: konkret şəkildə təsəvvür olunan, göz qabağına gətirilə bilən şey, hadisə və s.

Keçmişin mənzərələri. Yürüş mənzərələri. Axşam mənzərəsi.
+1 səs
1. Təbiət təsvirləri, o cümlədən təbiəti əks etdirən fotoşəkil.

2. Məqalənin, ve­rilişin oxucuda (tamaşaçıda, dinləyicidə) yaratdığı təəssürat, yaxud göz önündə can­landırdığı səhnə; məs.: tədqiq olunan döv­rün ümumi mənzərəsini yaratmaq.
+1 səs
Bәdii әsәrdә әks etdirilәn tәbiәt tәsvirlәri; bu cür təsvirlərdən ibarət olan əsər.

Mənzərə qəhrəmanın əhvali-ruhiyyəsi, xarakteri ilə əlaqələndirilir, hadisənin yerini, vaxtını bildirir, onun inkişafında, tamamlanmasında müəyyən rol oynayır. Mənzərədә müəllif (və ya lirik qəhrəman) tәbiәtә öz münasibәtini ifadә edir, onun qüdrәtindən, əsrarəngiz gözәl­liyindən ilhamlanaraq fəlsəfi düşüncələrini ifadə edir. Bəzi əsərlərdə mənzərə əsərin leytmotivini, əsas məzmununu təşkil edir. Misal olaraq Rəsul Rzanın “Dağ yolu”, Ənvər Rzanın “Fəryad”, “Maşuk meşəsi” şeirlərini göstərmək olar. Bədii әsәrdә mənzərə yazıçının təsvir etdiyi hadisәlәrin daha dәrin vә tәsirli olmasına kömәk edir. Bütün ədəbi növlərdə təbiət təsvirlərindən istifadə edilə bilir. Lirik əsərlərdə şair təbiətdə müşahidə etdiyi yalnız bir cəhəti əks etdirir.

Oxşar suallar

0 səs
5 cavab
soruşub 17 Mayda anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 23 Apreldə anonim Terminlər, Sözlər bölməsində
0 səs
0 cavab
soruşub 22 Apreldə anonim Terminlər, Sözlər bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Terminlər, Sözlər bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Terminlər, Sözlər bölməsində
...