Bәdii әsәrdә әks etdirilәn tәbiәt tәsvirlәri; bu cür təsvirlərdən ibarət olan əsər.
Mənzərə qəhrəmanın əhvali-ruhiyyəsi, xarakteri ilə əlaqələndirilir, hadisənin yerini, vaxtını bildirir, onun inkişafında, tamamlanmasında müəyyən rol oynayır. Mənzərədә müəllif (və ya lirik qəhrəman) tәbiәtә öz münasibәtini ifadә edir, onun qüdrәtindən, əsrarəngiz gözәlliyindən ilhamlanaraq fəlsəfi düşüncələrini ifadə edir. Bəzi əsərlərdə mənzərə əsərin leytmotivini, əsas məzmununu təşkil edir. Misal olaraq Rəsul Rzanın “Dağ yolu”, Ənvər Rzanın “Fəryad”, “Maşuk meşəsi” şeirlərini göstərmək olar. Bədii әsәrdә mənzərə yazıçının təsvir etdiyi hadisәlәrin daha dәrin vә tәsirli olmasına kömәk edir. Bütün ədəbi növlərdə təbiət təsvirlərindən istifadə edilə bilir. Lirik əsərlərdə şair təbiətdə müşahidə etdiyi yalnız bir cəhəti əks etdirir.